• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 14.06.2017 20:27

Şəmkirdə 11 yaşlı uşaq yol qəzasının qurbanı oldu

Şəmkirdə piyadavurma hadisəsi baş verib. Qəza saat 17.00 radələrində rayonun Seyfəli kəndi ərazisində qeydə alınıb. Kənd sakini 25 yaşlı Suliddin Məmmədov "VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən 11 yaşlı Taleh Şərifovu vurub. Suliddin Məmmədov yaralını xəstəxanaya apararkən, uşaq yolda dünyasını dəyişib. Sürücü saxlanılıb. Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Natiq Hüseyn