• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 14.06.2017 14:45

Gəncəli paracüdoçu Ramil Qasımova xüsusi olimpiya təqaüdü veriləcək

Gəncəli paracüdoçu Ramil Qasımova Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdü veriləcək. Qasımov Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən təqaüdə layiq görülüb. Rio 2016-nın qızıl medalçısı ötən ay Bakıda keçirilən İslam Həmrəliyi Oyunlarında da eyni əyarlı mükafatı qazanıb. 2013-cü ildən paracüdo üzrə güləşməyə başlayan Ramil Qasımov həm də Avropa və dünya çempionatının, eləcə də Dünya Kubokunun qalibidir. Bu titulları ilə o, ölkəmizin ən titullu paralimpiyaçılarından biri kimi tanınır. Ramil həmçinin, uğurlarına görə əməkdar idman ustası adı və Şöhrət ordeni ilə də təltif olunub.

 

Azad Rəfi