• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 14.06.2017 15:36

Şəmkirdə ictimai nəqliyyat vasitələri yenilənir

KepezTV Player

Şəmkirdə ictimai nəqliyyat vasitələrinin yenilənməsinə başlanılıb. İlkin olaraq rayon mərkəzindən Dəllər qəsəbəsinə işləyən mikroavtobuslar dəyişdirilib. İlin sonunadək sərnişindaşıyan bütün nəqliyyat vasitələrinin yenilənməsi planlaşdırılır. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəmkir Regional Şöbəsinin əməkdaşları isə sərnişindaşımada nizam- intimzamı təmin etmək məqsədi ilə rayon ərazisində kütləvi reydlər keçirir.

Gündəlik olaraq rayon mərkəzindən müxtəlif kənd və qəsəbələrə, eləcə də Gəncə şəhərinə sərnişin daşıyan sürücülərin əksəriyyəti nizam- intizam qaydlarına əməl etmirlər. Sınıq-salxaq avtobuslara normadan artıq sərnişin götürən sürücülər bu azmış kimi sükan arxasına hüququ olmadan əyləşirlər.

Sürücülük vəsiqəsi olmadan idarə edilən nəqliyyat vasitələri bir qayda olaraq yol polisləri tərəfindən cərimə meydançasına aparılıb. Sürücülərin intizamsız davranışı, eləcə də istismar müddətini başa vuran avtobus və mikroavtobuslar sərnişinləri də narahat etməyə bilməz. Artıq bir neçə xətt üzrə yeni avtobusların istismara verilməsi bu baxımdan mənzərəni bir qədər dəyişib.  

Sərnişin: “İndi çox yaxşıdır. Həm rahatdır, həm də təhlükəsizdir. Sürücülər də rahat sürür. Heç nədən ehtiyacımız yoxdur”.

Yeni nəqliyyat vasitəsi ilə sərnişin daşıyan sürücülər gündəlik fəaliyyətlərindən razı qalsalar da, köhnə mikroavtobusla xəttə çıxan sükan sahibləri elə də məmnun görünmürlər.

Sürücü: “Biz kəndlərə işləyirik. Bizim yolumuza ancaq belə maşınlar cavab verir. Yolumuz çox bərbaddır”.

Sürücü: “Müasir maşınlarda işləmək daha yaxşıdır. Həm sərnişinlər rahatdır, həm də özümüz. Bundan artıq insanlara nə lazımdır”.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəmkir Regional Şöbəsinin əməkdaşları isə köhnə mikrovatobusların tezliklə yenilənməsində maraqlıdır. Və ilin sonunadək bütün xəttlər üzrə istismara yeni nəqliyyat vasitələri buraxılacaq.  

Qafar Qarayev- DANX-nin Şəmkir Regional Şöbəsinin rəisi: “İlk növbədə şəhər daxili marşrutlar dəyişdirilir. Hansı ki, onların biz daşıyıcılarının əksəriyyətinə xəbərdarlıq etmişik. Gözləyirik ki, onlar yaxın vaxtlarda avtobuslarını yeni orta tutumlu avtobuslarla dəyişəcəklər. Mən hesab edirəm ki, bu proses ilin sonunadək tam başa çatdırılacaq”.

Şəmkir rayonunda gündəlik olaraq müxtəlif xətlər üzrə 70 nəqliyyat vasitəsi xəttə buraxılır.

 

Natiq Hüseyn