Lüksemburqda baş tutacaq mərasimdə Azərbaycan klubları da rəqiblərini tanıyacaqlar. Kişi voleybolçular arasında Azərbaycan çempionu “Lokomotiv”in bəxtinə 17 ölkənin 22 klubundan biri düşəcək. Bakı vaxtı ilə saat 16:00-da start götürəcək püşkatma mərasimində qadın voleybolçulardan ibarət “Azərreyl”in də taleyinə aydınlıq gələcək. Super Liqanın gümüş medalçısı olan “dəmiryolçular”ın potensial rəqibləri sırasında 13 ölkədən 17 klub var. “Çelenc Cup”a oktyabrın 24-də start veriləcək.
Orxan Cəfərzadə
- Baxış: 422