Bu günə xəbərlərin oxunma sayı: 666
—
14.06.2017 12:54
Bolqarıstanda kişi həndbolçular arasında inkişaf etməkdə olan ölkələrin çempionatı davam edir

C qrupunun ilk turunda Andorraya qalib gələn Azərbaycan millisi növbəti oyununda ev sahibləri ilə üz-üzə gəliblər. Komandamız “cırtdan ölkə”dən fərqli, Bolqarıstan həndbolçuları ilə bacarmayıblar. Hikmət Abdullayevin komandası 34:41 hesabı ilə uduzub.
Yığmamız son oyunda Kiprlə üz-üzə gələcək. Məğlubiyyət komandamızın vaxtından əvvəl yarışla vidalaşmasına səbəb ola bilər.
Orxan Cəfərzadə
- Baxış: 480