• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1465
— 14.06.2017 10:03

Samsung geymerlər üçün 49 düymlük iri monitor satır

Samsung şirkəti video oyun həvəskarları üçün iri formatlı CHG90 monitorunun sifarişlərini qəbul etməyə başlayıb. Böyük 49 düymlük QLED-panel, 3840x1080 piksel və 32:9 tərəfli,178 dərəcə bucaq altında görünüşə, eləcə də 125% rəngli sRGB rəngli fəzaya bilikdir. Ekran bir qədər əyridir və sönmə vaxtı 1 millisaniyəni ötmür. Bu isə peşəkar geymerlər üçün çox vacib göstəricidir. Tezliyin yenilənməsi 144 GHz, parlaqlıq isə 600 nit təşkil edir. Yenilik 1,07 milyard rəng göstərmək imkanına malikdir. CHG90 bir cüt USB 3.0 və 2-ci nəsil AMD FreeSync texnologiyasını dəstəkləyir. Samsung bu monitorun 16:9 versiyasını da təklif edir. Monitoru sifariş etmək üçün internet mağazalarında böyüyünə 1499 dollar, kiçiyinə isə 699 dollar ödəmək gərəkdir.

 

Cavanşir Məmmədzadə