• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 884
— 14.06.2017 10:01

Bu balaca maşının qiyməti heyrətləndirir

Giannini atelyesinin tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. Son illər isə şirkət əsasən Fiat maşınlarını tüninq edir. Tünerlərin son işi Giannini 350 GP Anniversario heçbekidir. Brendin 100 illiyinə həsr edilmiş avtomobil Fiat 500 heçbekinin bazasında yığılıb. Qıraqdan o, karbon lif materialından hazırlanmış iri təkər tağları diqqəti cəlb edir. Ancaq ən maraqlısı, bu balacanın 350 at güclü orta ölçülü motoru və arxa ötürücü sisteminin olmasıdır. Ön oturacaqların arxa tərəfində yerləşən 1,75 litrlik mühərriki mühəndislər kupe Alfa Romeo 4C-dən mənimsəyib və əlavə 110 at gücü artırıblar. Təkər diskləri 19 düymlükdür. Giannini 350 GP Anniversario avtomobilinin sayı 100-dən artıq olmayacaq, hətta bu qədər alıcının tapılacağı da şübhə doğurur. Çünki qiymət şokedicidir: 150 min avro.

 

Cavanşir Məmmədzadə