Bu günə xəbərlərin oxunma sayı: 966
— 13.06.2017 16:55

ADAU-da Milli Qurtuluş günü ilə əlaqədar tədbir keçirilib

KepezTV Player

Milli Qurtuluş günündən başlayan 24 illik tarixə Azərbaycan Dövlət Aqrar Universitetində nəzər salınıb. 1993-cü ilin 15 iyunu vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş, ölüm-dirim mübarizəsinin sona çatdığı tarixdir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol oynayan dahi şəxsiyyət Heydər Əliyevdir. Tədbirdə tələbələr arasında Milli Qurtuluş Gününə həsr olunan “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” inşa-yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Xəyalə Mürsəl