• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1276
— 13.06.2017 15:34

Magistrlərin ixtisas seçiminə start verildi

KepezTV Player

Magistrlər ixtisas seçimi edir. Tam ali təhsilli olmaq üçün 2 mərhələdə imtahan verənlər topladıqları bala uyğun olaraq təhsil alacaqları universitetin adını müəyyənləşdirirlər. Qərb bölgəsi üzrə 1074 nəfər 1-ci, 883 tələbə isə 2-ci imtahanda magistr olmaq üçün biliyini sınayıb. 

Hər iki qəbul imtahanının nəticələrinə əsasən qərb regionunu təmsil edən 600-dən artıq tələbə- magistr olub. Bakalavrlar ixtisaslarını “Magistr 4” jurnalından seçərək Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytına daxil olaraq öz elektron ərizələrini təsdiq etməlidir. Bunun üçün magistraturanın birinci və ikinci mərhələsində toplanılan ballar hesablanır.

Tural Məmmədov- magistr: “Magistratura imtahanının ikinci mərhələsində iştirak elədim. Nəticəm uğurlu oldu. İxtisas seçimimə başlamışam”.

Coşqun Namazov- magistr: “Mən magistratura ilə bağlı imtahanda iştirak elədim. Yüksək bal topladım. İxtisas seçimlərində iştirak elədim. Cavabların çıxmağını gözləyirəm”.

Hər bir bakalavrın ali məktəblərin dövlət sifarişli və ödənişli əsaslarla ixtisas seçimini etmək hüququ var. Bakalavr müəyyənləşdirdiyi proqram üzrə 20-dək ixtisas seçə bilər.

Nəsimi Məmmədov- Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri: “Dövlət İmtahan Mərkəzi tərəfindən artıq bu il hər bir abituriyent və bakalavrlara şəxsi kabinet yaradılıb. Həmin şəxsi kabinetin istifadəçisi parolla daxil olurlar bakalavrın elektron ərizəsinə və həmin bakalavr elektron ərizəsində ixisas seçimini həyata keçirərək təsdiq edirlər. Bakalavrlar ümumi ixtisas seçərkən onlar diqqətli olmalıdırlar. Bu il də Dövlət İmtahan Mərkəzinin Gəncə regional bölməsində bakalavrların müraciəti dinlənilir. Onların əsas müraciəti ixtisas seçimi zamanı yol verdikləri səhvlərlə bağlıdır”.

Magistraturanın ixtisas seçiminin cavabları iyunun 19-dan sonra bilinəcək. Cavabları məlum olan magistrlar sənədlərini 10 gün müddətində qəbul olduğu ali məktəbə təqdim etməlidir. Əks halda universitetdən xaric sayılacaqlar. 

Elnur Vahidoğlu