• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2093
— 13.06.2017 13:51

Yetişdirdi, amma "xeyrini" görmədi

KepezTV Player

Daha bir narkotik satıcısı yaxalanıb. O da qurduğu planlardan xeyir tapa bilməyib. 

Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini Mirelşad Tağıyev saxlanılıb. Ona məxsus həyətyanı sahəyə baxış keçirilən zaman 21 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Mirelşad Tağıyev ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı