• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2137
— 13.06.2017 13:45

Cəlilabad sakinindən xeyli miqdarda heroin və tiryək götürülüb

KepezTV Player

Cəlilabad rayonunda narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib. Ondan külli miqdarda heroin və tiryək götürülüb.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Cəlilabad rayon sakini Cəlaləddin Ağayevin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs Cəlilabad rayonu ərazisində saxlanılıb və onun əlindəki bağlamaya baxış zamanı 1 kiloqram 300 qram heroin, həmçinin 2 kiloqram 10 qram tiryək aşkar olunaraq, götürülüb. Saxlanılan şəxs ifadəsi zamanı narkotik vasitələri əvvəldən tanıdığı İran vətəndaşından satmaq niyyəti ilə aldığını bildirib.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Zülfiyyə Telmanqızı