• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1763
— 13.06.2017 10:10

Genesis-in ilk krossoveri

Genesis şirkəti ilk konseptual krossoverini təqdim edib. Avtomobil GV80 adlanır. Çox güman ki, prototip gələcəkdə seriyalı versiya əldə etməyəcək, lakin yenilik üzərində mövcud olan bir sıra həllər gələcəkdə brendin avtomobillərində tətbiq olunacaq. Krossover futuristik dizayn alıb. Salonda sensorlu idarəetməsi olan rəqəmsal cihazlar paneli quraşdırılıb. Ekranlar, həmçinin arxa oturacaq sərnişinləri üçün nəzərdə tutulub. Kapotun altında yanacaqla çalışan güc qurğusu yer alıb. Digər texniki hissələr barədə hələlik məlumat verilmir. Premial brend Genesis 2020-ci ilə qədər 6 yeni model hazırlayacaq. Gələcəkdə Genesis markası ilə iki krossover və idman kupesi ərsəyə gətiriləcək. Sportkarı yəqin ki, bu il təqdim edilmiş 3,3-litrlik V6 benzin mühərriklə təchiz edəcəklər. Həmçinin atmosferli 5,0-litrlik V8 mühərrikinin də meydana gələcəyi istisna olunmur.

Cavanşir Məmmədzadə