• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1580
— 12.06.2017 19:12

Yediyi qida "zəhər"ə döndü

KepezTV Player

Balakəndə 55 yaşlı kişi qidadan zəhərlənib. Rayonun Şərif kənd sakini Səməd İsayev zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub. Müayinə zamanı məlum olub ki, Səmər İsayev iyunun 11-i şam yeməyi yeyən zaman qəbul etdiyi qidalardan biri də köhnə balıq olub. Səməd İsayevin mədəsindən götürülmüş qida nümunələr analiz edildikdən sonra onun hansı qidadan zəhərlənməsini dəqiq söyləmək mümkün olacaq. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən İsayevə lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir. 

 

Zülfiyyə Telmanqızı