• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1800
— 12.06.2017 14:39

Gəncədə peşəkar boks gecəsi keçirilib

KepezTV Player

Heydər Əliyev adına park-kompeksində yerləşən Amfiteatrda açıq havada baş tutan döyüşlərdə yerli dəri əlcək ustaları ilə yanaşı, Qazaxıstan və Gürcüstan təmsilçiləri də rinqə çıxıb.

Gecədə Nizami yurdunun tanınmış boksçularından olan Ramal Amanov və Şahlar Nağıyev də vuruşub. Hər iki idmançı rəqibinə qalib gəlib. Görüşləri ABŞ-dan gələn promouter də izləyib.

Qeyd edək ki, belə döyüşlər Gəncədə artıq ikinci dəfədir ki, təşkil olunur. Bundan öncə bokssevərlər 2011-ci ildə analoji yarışa şahidlik ediblər.

 

Azad Rəfi