• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1578
— 12.06.2017 13:11

Gəncədə oğurluqla məşğul olan şəxslər saxlanılıblar

KepezTV Player

Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 21-də şəhər ərazisindəki mağazalardan birindən 70 manat pul oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Elşən Kərimov, Mehdi Mahmudov və əvvəllər məhkum olunmuş Azər Qurbanov tutulublar. Ətraflarında aparılan əməliyyat tədbirləri ilə onların aprelin 7-dən mayın 23-dək olan müddətdə şəhər ərazisində 10 evdən məişət əşyaları və təmir-tikinti alətləri, habelə 7 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndiricilər oğurlamaları da müəyyən edilib.

 

Zülfiyyə Telmanqızı