• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1241
— 12.06.2017 12:19

Hacıqabulda dəfələrlə məhkum olunmuş şəxslərdən narkotik vasitələr götürülüb

KepezTV Player

 Rayon sakini, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş və kriminal aləmdə “Ağbaş” ləqəbi ilə tanınan 50 yaşlı Mübariz Aslanov saxlanılıb. Onun üzərində 475 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Hacıqabul rayon Polis Şöbəsi və Yol Patrul Xidmətinin birgə keçirdikləri digər əməliyyat zamanı Şirvan sakini, əvvəllər dəfələrlə məhkum olunmuş kriminal aləmdə “Qocaman” ləqəbi ilə tanınan 43 yaşlı Vüsal Ağamalıyev saxlanılıb, ondan 1,574 qram heroin götürülüb. Ona məxsus “Opel Astra” markalı avtomobilə baxış keçirilərkən orada 985 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib. Faktlarla bağlı Hacıqabul rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı