• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1891
— 12.06.2017 12:03

20 yaşlı gənc bıçaqlandı

KepezTV Player

Şəkidə 20 yaşlı gənc bıçaqlanıb. Hadisə rayonun Qoxmuq kəndi ərazisində baş verib. Tural Qədirov çayxanada ikən bir nəfər naməlum şəxs onu küçəyə çağırıb. Gənc obyektdən çıxan zaman naməlum şəxs və ya şəxslər tərəfindən həm döyülüb, həm də bıçaqlanıb. Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yaralının üzərində cərrahiyə əməliyyatı aparılıb, vəziyyəti orta-ağır qiymətləndirilir. Fakt araşdırılır.

 

Zülfiyyə Telmanqızı