• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1806
— 12.06.2017 13:05

Şəmkir sakini evinin həyətini narkoplantasiyaya çevirib

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsinə evlərdən birinin həyətində narkotik əkib-becərildiyi barədə məlumat daxil olub. Bu məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Ürəkşam Məmmədovun həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən 57 ədəd çətənə kolu, 6 kiloqram 411,28 qram marixuana və 54,78 qram çətənə toxumu aşkar edilərək götürülüb. Əvvəllər də məhkumluq həyatı yaşamış Ürəkşam Məmmədov saxlanılıb. Fakt araşdırılır.

 

Vüsalə Camal