• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1526
— 12.06.2017 11:26

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz karyerasını Türkiyədə davam etdirəcək

“Bursaspor”un oyunçusu Superliqanın digər klubu “Osmanlıspor”a keçməyə hazırlaşır. 29 yaşlı forvard paytaxt təmsilçisinin baş məşqçisi Hamza Hamzaoğlu “Bursaspor”dan tanıdığı yetirməsini yenidən ixtiyarında görməkdə israrlıdı. Hər iki klub transferin baş tutmasında maraqlı olduğundan, millimizin oyunçusunun yaxın günlərdə “Osmanlıspor”a keçidi gözlənilir. Dəniz Yılmaz “Bursaspor”a ötən il “Trabzonspor”dan keçib.

 

ORXAN CƏFƏRZADƏ