• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1228
— 12.06.2017 12:27

Dünya Çempionatı-2018-in seçmə mərhələsində VI tura yekun vurulub

Futbol üzrə Dünya Çempionatı-2018-in seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib. İyun ayının 10-da Azərbaycan yığmasının da yer aldığı Avropa zonasında C, E və F qrupunun matçları baş tutub.

C qrupunda Azərbaycan Şimali İrlandiya ilə qarşılaşıb. Səfərdə bu komandaya qarşı keçirdiyi görüşdə 4 cavabsız qolla uduzan yığmamız qələbə qazanmaq həm rəqibindən revanş almaq, həm də turnir cədvəlində xal ehtiyatını yaxşılaşdırmaq bir pillə irəliləmək şansı qazanacaqdı. Oyunun əvvəlində qonaqların müyyən qədər üstünlüyü olsa da, tədrücən təşəbbüsü ələ alan komandamız irlandları müdafiə olunmağa məcbur edib. Ramil Şeydayevlə bağlı olan ən real qol epizodunda hüçumcu qapıçı üzbə-üz qalsa da, zərbəsi dəqiq olmayıb. İlk yarının sonlarına doğru Pavel Paşayevin uzaq məsadəfən zərbəsi yadda qalıb.

 

Fasilədən sonra da üstün oynayan millimiz 64-cü dəqiqədə hesabı açmağa yaxın olub. Amma Riçard Almeydanın ötürməsindən sonra müdafiəçiləri aldadan  Əfran İsmayılovun vuruşunu irlandların qolkiperi dəf edib. 83-cü dəqiqə Almeydanın topla təmin etdiyi İsmayılov növbəti dəfə zərbə mövqeyinə çıxıb. Lakin yenə Əfran dəqiq ola bilməyib. Qələbə qazanmaq üçün bütün gücünü səfərbər edən futbolçularımız daha iki vəziyyətdə fərqlənməyə yaxın olublar. Amma hər iki halda hesabı dəyişmək mümkün olmayıb.  Bu yerdə vurmayana vurarlar prinsipi işə düşüb. Cəmi bir qol epizodu yaradıb ondan lazımınca istifadə etmək olar. Niyə də yox! İkinci artırma dəqiqəsində qonaqlar Stüard Dallasın qolu ilə qələbə qazanıblar. Müdafiə xəttinin etibarsız oyunu rəqibin qol vurması ilə nəticələnib - 0:1. 

 

C qrupundun digər matçnda Norveçlə - Çexiya üz-üzə gəlib. isə İkincilik uğrunda mübarizə aparan çexlərlə autsayder mövqeyindən xilas olmağa çalışan ev sahiblərinin oyunu qollu heç-heçə ilə yekunlaşıb. Komandalar 1:1 hesablı bərabərliyə razılaşıblar. Teodor Qebre Selassienin məhsuldar zərbəsi ilə hesabı açan qonaqlar ikinci hissədə Norveçin qoluna mane ola bilməyiblər. Aleksandr Sederlunn 11 mterlik cərimə zərbəsindən matçın yekun nəticəsini təyin edib.

 

Qrupumuzun lideri Almaniya qələbələri sıralamaqla 100 faizlik göstəricini davam etdirir. Bundestim bu dəfə son sıradakı San Marinonu top atəşinə tutaraq darmadağın edib - 7:0. Sandro Vaqnerin het-trik etdiyi oyunda digər 4 futbolçu hərəyə bir dəfə fərqlənib. Yulian Draksler, Amin Yunes, Şkodran Mustafi və Yulian Brandt rəqib torunu silkələyib. Beləliklə, 6 oyundan sonra Almaniya 18 xalla qrup lideridir. Şimali İrlandiya 13 xalla ikincidir. 9 xala malik Çexiya 3-cü, 7 xalllı Azərbaycan 4-cüdür. Norveç 4 xalla 5-ci, xalı olmayan San-Marino sonuncudur.

 

 

E qrupunda ilk pillədə qərarlaşan Polşa Rumıniyanı məğlubiyyətə uğradıb. Bu oyunu həm də bu qrupun mərkəzi görüşü kimi xarakterizə etmək olardı. Oyuna fəal başlayan ev sahibləri ilk yarıda bir, fasilədən sonra iki dəfə fərqləniblər. Hər üç qola polşalıların lideri Robert Levandovski imza atıb. O, qollarından ikisini 11 metrlik cərimə zərbəsindən vurub. Rumınlar isə təsəlli qolu ilə kifayətləniblər. Boqdan Stanku komandasının yeganə qolunun müəllifi olub.

 

Digər maraqlı matç F qrupunda keçirilib. Britaniya derbisində Şotlandiya İngiltərəni qəbul edib. Oyun sülhlə yekunlaşıb. Amma tərəflərin hərə iki qol vurduğu görüş gərgin mübarizə şəraitində keçib. Xüsusən də matçın son anları daha baxımlı olub. 70-ci dəqiqədə Aleks Çemberleynin qolu ilə hesabı öz xeyrinə dəyişən ingilislər 3 dəqiqəyə iki top buraxmaqla hesabda geri düşüblər. Li Qriffits dubl etməklə əvvəlcə bərabərliyi yaxalayıb, daha sonra komandasını qələbə üçün ümidləndirib. Maraqlıdır ki, o, hər iki qolunu cərimə zərbəsindən vurub. Amma qonaqlar məğlubiyyətdən qaçmağa müvəffəq olublar. Harri Keyn İngiltərəni yenilgidən xilas edib. 2:2. 

 

Dünya Çempionatı-2018-in seçmə mərhələsində dünən reallaşan oyunlarla   

VI tura yekun vurulub. İyunun 11-də D, G və İ qrupunda oyunlar baş tutub. G qrupunda İspaniya səfərdə Makedoniya ilə görüşüb. İspanlar ilk yarıda rəqibin əl-qolunu bağlayaraq iki dəfə fərqləniblər. Əvvəlcə David Silva hesabı açıb, daha sonra Dieqo Kosta fərqi artırıb. İkinci hissədə makedonlar buraxılan qollardan birinin əvvəzini çıxıblar. Stefan Rıstovskinin sürətli keçidi qolla nəticələnib - 1:2.  

 

Bu qrupun digər iddialı komandası İtaliya doğma meydanda dünyanın ən zəif komandalarından biri hesab edilən Lixteynşteyni qəbul edib. Cırtdanları məğlub etmək mavi eskadra üçün problem yaratmayıb. İlk yarıda Lorenso İnsinyenin baxımlı qolu ilə qonaqları məyus edən italyanlar ikinci hissədə çoşublar. 52-ci dəqiqədə Andrea Belottinin mükəmməl zərbəsi ilə azarkeşləri sevindirən ev sahibləri bir qədər sonra Ederin qolu ilə hesabı artırıblar. 83-cü dəqiqədə İtaliya yığması növbəti məhsuldar zərbə ilə yadda qalıb. Bu dəfə Federiko Bernardeski uzaq məsafədən rəqib qapıçını topu tordan çıxarmağa məcbur edib. Oyunda son nöqtəni Manolo Qabbiyadini qoyub. Meydanda əvəzetmədən çıxan futbolçu yekun hesabı müəyyənləşdirib. 5:0. 

 

D qrupunda lider Serbiya doğma meydanda Uelslə oynayıb. Qələbə üçün meydana çıxan komandalar sonda 1 xala razılaşıblar. Görüşdə hesabı açan tərəf qonaqlar olub. Aron Remzi ilk yarıda komandasını qələbə üçün ümidləndirib. Ancaq ikinci hissədə bütün gücünü ortaya qoyan serblər bərabərlik qolunu vurmağa nail olublar. Aleksandar Mitroviç status-kvonu bərpa edib - 1:1.  

 

İ qrupunun lideri Xorvatiya səfərdə əsas izləyicisi İslandiyaya uduzub. Oyunun taleyini bir qol həll edib. 90-cı dəqiqədə künc zərbəsinin davamında Xerdur Maqnusson başla vurduğu qolla komandasının qələbəsini təmin edib.

 

DÇ-2018-in seçmə mərhələsi

 

VI tur

10 iyun

 

C qrupu

Azərbaycan - Şimali İrlandiya - 0:1

Qol: Dallas, 90+2

 

 Almaniya - San Marino - 7:0

Qollar: Draksler, 11, Vaqner, 16, 29, 85, Yunes, 38, Mustafi, 47, Brandt, 72

 

Norveç – Çexiya  - 1:1

Qollar: Soderlund, 55 - Cebre Selasie, 36

 

E qrupu

Qazaxıstan - Danimarka - 1:3

Qollar: Kuat, 76 - Yorgensen, 27, Eriksen, 50 (pen.), Dolberq, 81

 

Monteneqro - Ermənistan  - 4:1

Qollar: Beçiray, 2, Yovetiç, 28, 54, 82 - Koryan, 89

 

Polşa – Rumıniya - 3:1

Qollar: Levandovski, 29, 57, 62 (pen.)

 

F qrupu

Şotlandiya - İngiltərə - 2:2

Qollar: Qriffits, 87, 90 - Oksleyd-Çemberleyn, 70, Keyn, 90+3

 

Sloveniya - Malta - 2:0

Qollar: İliçiç, 45+2, Novakoviç, 84

 

Litva – Slovakiya - 1:2

Qollar: Sernas, 90+2 - Vays, 32, Hamşik, 58

 

VI tur

11 iyun

 

D qrupu

İrlandiya – Avstriya - 1:1

Qollar: Valters, 85 - Hintereger, 31

 

Moldova – Gürcüstan - 2:2

Qollar: Ginsari, 15, Dedov, 36 - Merabaşvili, 66, Kazaişvili, 70

 

Serbiya – Uels - 1:1

Qollar: Mitroviç, 74 - Remzi, 35 (penalti)

 

G qrupu

Makedoniya – İspaniya - 1:2

Qollar: Ristovski, 66 - David Silva, 15, Dieqo Kosta, 27

 

İtaliya – Lixteynşteyn - 5:0

Qollar: İnsinye, 35, Belotti, 52, Eder, 74, Bernardeski, 83, Qabbiadini, 90+5

 

İsrail – Albaniya - 0:3

Qollar: Sadiku, 22, 44, Memuşay, 72

 

İ qrupu

Finlandiya – Ukrayna - 1:2

Qollar: Pohjanpalo, 72 - Konoplyanka, 51, Besedin, 75

 

İslandiya – Xorvatiya - 1:0

Qol: Maqnusson, 90

 

Kosova - Türkiyə - 1:4

Qollar: Rrahmani, 22 - Volkan Şen, 7, Cengiz, 31, Burak, 60, Ozan, 82

 

Azad Rəfi