Porsche mühəndisləri ən güclü və unikal modifikasiyalı kupe 911 turbo S hazırlayıblar. Exclusive Edition adını alan maşın baza versiyadan, məsələn, mühərrikinin 27 at gücü çox olması ilə seçilir. Əsas model kimi, 911 Turbo S də 3,8 litrlik 6 silindrli turbomotorla işləyir. At gücü isə 607-yə bərabərdir. 911 Exclusive Series yerindən 100 km/saat sürəti 2,9 saniyəyə yerinə yetirir. Sportkarın maksimal sürəti 330 km/saatdır. Avadanlıq siyahısına mərkəzi qapanma ilə 20 düymlük disklər, keramik əyləc, adaptiv PASM asması və Sport Chrono paketi daxil edilib. Model həmçinin unikal qızılı rəngdə kuzov da əldə edib. Həmin rəng çalarları interyerdə də gözə dəyir. Bu avtomobildən cəmi 500 ədəd istehsal olunacaq. Modelin qiyməti açıqlanmır.
Cavanşir Məmmədzadə
- Baxış: 330