ABŞ-ın Moxave səhrasında anqardan dünyanın ən böyük nəqliyyat təyyarəsini çıxarıb ictimaiyyətə göstəriblər. Stratolaunch aircraft adlı uçan aparat hər biri 117 metr uzunluğunda olan qanadlara sahibdir. 230 tonluq laynerin hündürlüyü 15 metrdir. Onu 28 təkər saxlayır. Müqayisə üçün qeyd edək ki, sovet istehsalı olan nəhəng An-22 təyyarəsinin qanadı 64,4 uzunluğundadır. Stratolaunch aircraft-ın yük götürmə qabiliyyəti 250 tondur. Təyyarə, Pegasus XL raket-daşıyıcının buraxılması üçün nəzərdə tutulmuş hava platforması rolunu oynayacaq. Laynerin yerüstü sınaqlarının yaxın zamanlarda keçirilməsi planlaşdırır. İlk sınaq uçuşu isə 2019-cu ilə təyin olunub. Stratolaunch şirkəti 2011-ci ildə Microsoft korporasiyası ilə birgə yaradılıb.
Cavanşir Məmmədzadə
- Baxış: 282