Apple şirkəti maraqlı qısa videoçarx nümayiş etdirib. Yeni məhsullarının təqdimatı zamanı brend, iOS proqramlarının yoxa çıxacağı təqdirdə nələr baş verə biləcəyini göstərib. Süjetə görə korporasiyanın yeni əməkdaşı səhvən şirkətin serverlərə cavabdeh naqilini çıxardır. Bundan sonra bütün Apple istifadəçilərinin proqramları – oyunlar, xəritələr, Instagram, Skype və Tinder yoxa çıxır. Nəticədə həyat bir xaosa çevrilir: insanlar yaxınlarını itirir, iri avtomobil qəzaları baş verir, qızlar yoldan keçənlərə çəkdikləri selfiləri qiymətləndirməyi təklif edirlər, musiqilər isə əlaltından disklərdə satılır.
Hətta bir çoxları dünyanın sonunun çatdığına inanmağa başlayır. Bir gün ərzində YouTube-da bu reklam videoçarxının izlənmə sayı 1 milyonu ötüb.
Cavanşir Məmmədzadə
- Baxış: 312