• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1014
— 10.06.2017 10:01

Gələcəyin sürücüsüz avtomobili belə olacaq

Saab şirkətinin avtomobil texnologiyasından istifadə hüququnu alan İsveç-Çin konsorsiumu NEVS, InMotion adlı pilotsuz konsept-kar nümayiş etdirib. InMotion layihəsi hansısa konkret avtomobili əvəz etmək üçün deyil, sadəcə gələcəkdə şəxsi maşınlara və sürücüyə ehtiyac olmayan meqapolislərdə təhlükəsiz və rahat nəqliyyat vasitəsinin necə ola biləcəyini göstərir. Prototip yollarda tamamilə sərbəst hərəkət edə bilir və onun heç bir idarəedici üzvü yoxdur. Avtomobilin cəmi bir ədəd yuraxıya açılan qapısı və qapalı təkərləri var. NEVS InMotion-un sərnişinləri avtomobilin içərisini smartfon üçün olan xüsusi proqram vasitəsilə istədikləri formada quraşdırmaq imkanı əldə edirlər. Bu yolla salonun konfiqurasiyasını, işıqlanmasını və hava sisteminin parametrlərini dəyişmək olar. Konsept-kar elektrik güc sistemi və naqilsiz enerji yığan batareya ilə təchiz olunub.

 

Cavanşir Məmmədzadə