• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2173
— 10.06.2017 12:38

Yığmamız Şimali İrlandiyaya qarşı

Bu gün futbol üzrə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi növbəti oyununu keçirəcək. C qrupunda çıxış edən komandamız 6-cı turda doğma meydanda Şimali İrlandiyanı qəbul edəcək. Bu oyun komandamız üçün vacib əhəmiyyət daşıyır. Mundiala vəsiqə qazanmaq üçün qrup ikinciliyini hədəfləyən yığmamız bugünkü görüşdə qələbə qazanmalıdı. Millimizin heyət baxımından heç bir problemi yoxdur.

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya qarşılaşması Tofiq Bəhrəmov adına respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq.

 

Orxan Cəfərzadə