• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 10.06.2017 05:48

Gəncədə yol qəzası baş verib, sürücü xəsarət alıb

Hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan, 29 yaşlı Elçin Quliyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən maşının idarəetməsini itirib. Nəticədə avtomobil yoldan çıxaraq divara çırpılıb. Qəzada xəsarət alan sürücü xəstəxanaya yerləşdirilib.