• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1517
— 10.06.2017 00:05

Əlbir olub, quldurluq etdilər

KepezTV Player

Abşeron sakini 65 yaşlı Dürdanə Abbasova ərizə ilə polisə müraciət edərək, may ayının 1-i gecə saatlarında tanımadığı iki şəxsin evinə basqın etdiyini, onu döydüyünü, daha sonra isə 400 manat pulunu və qolbağısını apardığını bildirib. Həmin andan əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkumluq həyatı yaşayan Astara sakini Heydər Əhmədov və İsmayıllı sakini Elbrus Məmmədovu saxlayıblar. Onlar istintaqa ilkin ifadələri zamanı cinayətlərini etiraf ediblər. Məlum olub ki, adıçəkilən şəxslər hadisədən bir həftə əvvəl Beynəlxalq Avtovağzal ərazisindəki kafelərdən birində tanış olublar. Daha sonra eyni evdə kirayədə qalaraq, elə cinayəti də həmin  orada planlaşdırıblar. Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanılıb, istintaq gedir. Polis onların buna bənzər əməllərinin olmasını da istisna etmir.