• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 09.06.2017 17:40

Gəncə taekvandoçusu Beyrək Bağırov beynəlxalq turnirin mükafatçısı olub

KepezTV Player

Gəncə taekvandoçusu Beyrək Bağırov beynəlxalq turnirin mükafatçısı olub. Bağırov Ukrayna Açıq Kubokunda fəxri kürsüyə yüksəlib.

Nizami yurdunun təmsilçisi Xarkovda keçirilən ənənəvi yarışda bürünc medal qazanıb. 80 kq çəki dərəcəsində çıxış edən Beyrək Bağırov reytinq xarakterli açıq kubokda fərqlənməklə uğurlarının sırasına “Ukraine Open Cup”ın mükafatını əlavə edib. 29 ölkədən 200-dən çox idmançının iştirak etdiyi yarışda Avropa, Asiya və Afrikadan olan taekvandoçular ümumilikdə 18 dəst medal uğrunda mübarizə aparıblar.
 

Beyrək Bağırov- Ukrayna Açıq Kubokunun bürünc mükafatçısı: “Güclü yarış idi, olimpiya və dünya çempionatının mükafatçıları iştirak edirdi. Təcrübə baxımından da mənə kömək oldu. Reytinq xalı verdiyindən yarışa yaxşı hazırlaşmışdım.”.

Ukrayna yarışında mübarizəyə 1/8 finaldan başlayan Bağırov ilk görüşündə yerli rəqibini məğlub edib. Gəncəli idmançı uğurlu çıxışının davamını yarımfinalda gətirə bilməyib və uduzmaqla 3-cü olub. Zədə baxımından 3-cü yerə çıxdım. Ruhdan düşmürəm, qarşıda Rusiyada yarış var, ora hazırlaşacağam Qazaxıstanlı ilə rəqib olmuşdum, güclü rəqib idi, Avropa çempionatında gümüş medal qazanmışdı. Bacardığım qədər mübarizə apardım. Başa-baş vuruşduq. Zədə olmasaydı, qalib gələ bilərdim”.

Beyrək Bağırov- Ukrayna Açıq Kubokunun bürünc mükafatçısı: “Qazaxıstanlı ilə rəqib olmuşdum, güclü rəqib idi, Avropa çempionatında gümüş medal qazanmışdı. Bacardığım qədər mübarizə apardım. Başa-baş vuruşduq. Zədə olmasaydı, qalib gələ bilərdim”.

Beyrək Bağırov bu vaxta kimi ayrı-ayrı illərdə ölkə xaricində - Türkiyə və Dağıstanda təşkil edilən beynəlxalq turnirlərin medalını qazanıb.

Sonuncu Azərbaycan çempionatının bürünc mükafatçısı olan Bağırov həm də idmançı kimi təmsil etdiyi TRİM-in Gəncə filialında məşqçi kimi fəaliyyət göstərir. O, 3-cü dan qara kəmər ustası və Respublika dərəcəli hakimdir.

Azad Rəfi