• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 873
— 09.06.2017 14:31

ANAMA top mərmiləri aşkar edərək, zərərsizləşdirib

KepezTV Player

Lənkəran rayonu, Qurumba kəndində avtomobil yolunun kənarına baxış keçirilib, 2 ədəd 73 mm-lik geri təpməsiz top mərmisi aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 1 000 kv.m ərazi yoxlanılıb. Bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib. Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 08 iyun tarixlərində bir sıra şəhər və rayonlardan 5 668 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Zülfiyyə Telmanqızı