Qazax sakini döyüb pulunu alan şəxslər qanundan qaça bilməyiblər. İyunun 7-də Sabunçu rayonunun Buzovna qəsəbəsi ərazisində naməlum şəxslər Qazax rayon sakini İsmayıl Umudovu döyüb quldurluq yolu ilə ondan 90 manat və 1400 türk lirəsi pul alıb. Sabunçu RPİ 12-ci PB-nin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən iki nəfərin şəxsiyyəti müəyyən edilib və onların tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyunun 7-də Bakı şəhər sakini Can Əliyevanın çantasından bankomat kartını oğurlayıb hesabındakı 160 manat pulu çıxarmaqda şübhəli bilinən paytaxt sakini Aytac Bəkirova saxlanılıb. Fakt araşdırılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 601