• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 09.06.2017 14:28

Həyətində 1 tona yaxın narkotik bitki becərən şəxs saxlanıldı

KepezTV Player

Ağdaşda 1 tona yaxın çətənə kolu və silah-sursat aşkarlanıb. Rayon polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik bitkilər yetişdirən və evində silah-sursat saxlayan Pirəzə kənd sakini Xəyal Quliyev saxlanılıb. Xəyal Quliyevin həyətyanı sahəsinə baxış keçirilərkən oradan ümumi çəkisi 996 kiloqram olan 512 ədəd çətənə kolu aşkar edilib.

Azad Məmmədov -Ağdaş Rayon Polis Şöbəsinin baş müstəntiqi: “Xəyal Quliyevin evinə baxış keçirən zaman oradan 14,5 qram qurudulmuş marixuana, 1 ədəd İJ 12 kalibrli ov tüfəngi, 6 ədəd 5 kalibrli 4-45 avtomat gülləsi, 1 ədəd beşbarmaq aşkar edilərək götürülmüşdür. Faktla bağlı Ağdaş rayon polis şöbəsinin istintaq qrupunda cinayət işi başlayaraq, araşdırma davam etdirilir”.

Xəyal Quliyev -saxlanılan şəxs: “Dedi evdə başqa nə var, dedim ki, beşbarmaq var. Bir də güllə var, avtomat gülləsi. Vinçestr, bir də ov silahı var. Ov silahı atamdan qalıb, ikisi də. Vinçestri öz adıma almışdım”.