• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 10.06.2017 00:04

Kişi həyat yoldaşını və iki övladını öldürdü

KepezTV Player

Laska. Rus dilindən tərcümədə "nəvaziş" olan bu sözün sahibinin əməli gəzdirdiyi ləqəblə uyğunluq təşkil etməyib. Mingəçevirdə Laska Lazımın xüsusi amansızlıqla törətdiyi qətl bu gün ölkə gündəminin əsas xəbəri oldu. Qısqanclıq 2 azyaşlını və onların anasını həyatdan etdi.

Təranə Yusifova- Lazım Hüseynovun bacısı: "Səhər çörək almağa mağazaya gedirdim. Onda gördüm qardaşımın qapısından polislər çıxdı. Qorxdum ki, görən qardaşıma nə olub. Polislərdən soruşdum, dedilər ki, qardaşın arvad uşağını öldürüb".

Qətl ötən gün axşam saatlarında baş versə də hamı Nəsimi küçəsi 31 ünvanındakı hadisədən bu gün xəbər tutub.

57 yaşlı Lazım Hüseynov öncə 33 yaşlı həyat yoldaşı Aynurə Hüseynovanı avtomat silahla qətlə yetirib. Daha sonra iki azyaşlı övladı oğlu 2-ci sinif şagirdi, 9 yaşlı Hüseyni və 5 yaşlı qızı Mədinəxanımı çoxsaylı bıçaq zərbələri ilə amansızcasına öldürüb.

Nazim Hüseynov- Lazım Hüseynovun qardaşı: "Qabaq da tutulubdu, iki dəfə iş alıbdı. Axırıncı dəfə ölüm üstə 8 il iş alıbdı. Bir nəfərlə çəkişib, onu öldürüb". 

Tamara Yusifova- Lazım Hüseynovun qohumu: "Oğlan türmədən çıxmış adam idi. Sonra gəlib ailə qurmuşdu. Yaşayırdılar, iki uşağı da var idi. Nə biz onlara getmirdik, nə də onlar bizə gəlirdilər". 

Aynurə Hüseynovanın bibisi: "Gəldim gördüm qardaşım evdə təkdi. Soruşdum ki, evin camaatı hanı. Bilmirəm, məndə səhərdən onları gözləyirəm. Camaatdan öyrənmişəm ki, hadisə belə olub".

Lazım Hüseynov səhər saatlarında özü hüquq- mühafizə orqanlarına könüllü təslim olub və ilkin ifadəsində cinayəti boynuna alıb. Dərhal hadisə yerinə Mingəçevir şəhəri polis idarəsi və prokurorluq əməkdaşları gəlib. İlkin araşdırma zamanı oradan avtomat gilizləri aşkar olunaraq götürülüb. Avtomat və uşaq qanına bulaşıq bıçağın yeri sonradan əməliyyatçılar tərəfindən müəyyən edilərək götürüb.

Elnur Səmədov- Mingəçevir Şəhər Prokurorunun böyük köməkçisi: "Qısqanclıq zəminində həyat yoldaşından şübhələndiyini, başqa şəxs və ya şəxslərlə münasibətdə olduğundan öldürmüşdü. Ehtimal olunur ki, yəqin ki, şübhələnir uşaqlar da özündən deyil, çox güman ki, o məqsədlə ilkin ifadəsi hazırda odur. Silahı ilkin ifadəsində bildirdiyinə görə 1992-ci ildə Qarabağ müharibəsi iştirakçısı olub, elə həmin vaxtdan özündə saxlayıb. Biz hadisə yerindən 4 ədəd giliz, içi dolu daraq tapmışıq. Hazırda o istiqamətdə tədbirlər davam etdirilir".

Qətlə yetirilən qadın və iki övladının meyiti müayinə üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyinin Mingəçevir şəhər şöbəsinə aparılıb və müayinədən sonra aidiyyəti üzrə təhfil verilib. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda 120.2.7 və 228.1 maddələri ilə cinayət işi açılıb.

Elnur Vahidoğlu