• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3181
— 09.06.2017 14:23

Evinin açarını etibar etdi, 12 min manatlıq qızılı oğurlandı

KepezTV Player

Bakıda evdən 12 min manatlıq qızıl oğurlanıb. Polisin araşdırmaları ilə məlum olub ki, ev sahibinə elə doğmaca qohumu ziyan vurub.

Paytaxtın Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinə müraciət edən İnqa Seyidova adlı şəxs bildirib ki, Nizami rayonu Şərifli küçəsində yerləşən mənzilinin yataq otağından naməlum şəraitdə 12000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis dərhal əməliyyat-axtarış tədbirlərinə başlayıb və cinayətin üstünü isti izlərlə açıb. Hadisədən əvvəl ev sahibi mənzilin açarlarını Sadil Allahverdiyevin həyat yoldaşına etibar edərək şəxsi işləri ilə əlaqədar Türkiyəyə gedib. Allahverdiyev isə əvvəlcə həyat yoldaşının çantasından açarları, daha sonra evdən qızılları oğurlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zülfiyyə Telmanqızı