• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 09.06.2017 14:23

Ərzaq mağazası yarıldı

KepezTV Player

Daha bir oğurluq faktının üstü Saatlıda açılıb. Hadisə rayonun Sarıcalar kəndində, Salman Eynullayevə məxsus ərzaq mağazasında baş verib. Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 208 manatlıq ərzaq məhsullarını oğurlamaqda şübhəli bilinən Sabirabad rayon Qalağayın kənd sakini Zahid Tarverdiyev saxlanılıb. Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Zülfiyyə Telmanqızı