• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 802
— 09.06.2017 13:18

Goranboyun Tatarlı kəndində sakinlərin problemləri dinlənilib

KepezTV Player

Goranboyun Tatarlı kəndində əhalini narahat edən əsas problem suvarmaya olan ehtiyacın ödənilməsi, əlavə subartezian quyusunun qazılması ilə bağlıdır. Elektrik təsərrüfatında yenilənmə işlərinin sürətləndirilməsi və uşaq bağçasının təmiri də sakinlərin rayon rəhbərliyi ilə növbəti görüşündə qaldırılan məsələlərdən olub. Vətəndaşlarla görüşdə 586 ailənin yaşadığı kənddə sakinlərin əsas məşğuliyyətinin əkinçilik və maldarlıq olduğuna diqqət çəkilib. Əhali fasiləsiz olaraq elektrik enerjisi və qazla təchiz edilib. Kənddə yeni məktəb binası da inşa olunub, yeni içməli su xətti çəkilib. Qaldırılan məsələlərin də diqqətdə saxlanılaraq həll ediləcəyini vurğulayan icra başçısı sakinlərlə bu cür görüşlərin sosial problemlərin həlli istiqamətində müsbət rol oynadığını dilə gətirib.

Natiq Hüseyn