Bu günə xəbərlərin oxunma sayı: 666
—
09.06.2017 11:38
Millimiz ikinci oyunda da meydanı başıaşağı tərk etdi
Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə U-21 yığmamız növbəti yoldaşlıq oyunu keçirib. Komandamız bu dəfə də çexiyalı həmyaşıdları ilə üz-üzə gəliblər. Yaşar Vahabzadənin yetirmələri ilk hissəni 1:0 hesabıyla öndə başa vursa da, bu üstünlüyünü axıra qədər qoruya bilməyib. Son dəqiqələrdə 2 qol vuran çexlər oyundan 2:1 hesablı qələbə ilə ayrılıblar. Bundan öncəki görüşdə isə millimiz çexlərə 5 cavabsız qolla məğlub olmuşdu.
Orxan Cəfərzadə
- Baxış: 416
