• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2243
— 09.06.2017 11:36

Mobil iOS 11 əməliyyat sistemi təqdim olundu

Apple şirkəti beynəlxalq konfransda yeni məhsullarının təqdimatını davam etdirir. Bu dəfə brend mobil iOS 11-i nümayiş etdirib. Mobil əməliyyat sistemi bir sıra yeniliklərə sahib olub. iMessages proqramı indi istifadəçilərə bir-birinə pul göndərməyə imkan verir. Messages kontenti isə iCloud servisi ilə sinxronlaşmağı öyrənib ki, bu da ona bütün cihazlarla birləşməyə şərait yaradır. iOS 11-də səs köməkçisi Siri kontekst təlim və yeni müxtəlif intonasiyalı səs sintezatoruna yiyələnib. Səs assistenti indi istifadəçinin danışığını ingiliscədən çin dilinə, fransızcaya, alman, italyan və ispan dillərinə tərcümə edir. Sistemdə maşın sürməyi öyrənmək də mümkündür. Core ML isə Google və Samsungdan olan analoqlarından fotodakı üzləri 6 dəfə daha sürətli müəyyən edir. iOS 11-də nəzərə çarpan daha bir yenilik əlavə reallıq proqramının dəstəklənməsidir. Sonuncu milyonlarla iPhone və iPad-də keçərli olacaq. Belə olduqda iOS dünyada iri əlavə reallıq sisteminə çevriləcək.

Cavanşir Məmmədzadə