• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1667
— 09.06.2017 10:26

Apple watchOS 4 və tvOS yeniləndi

Apple-dən daha iki təqdimat watchOS 4 və Apple TV üçün yenilənmiş tvOS yenilikləridir. Ancaq sonuncuda tək yenilik Amazon Prime Video servisini dəstəkləyən funksiyanın peyda olmasıdır. watchOS 4-ə gəldikdə, Apple smart-saatların əməliyyat sistemi bir neçə yeni siferblat, o cümlədən Sirini dəstəkləyən dinamik siferblat əldə edib. Dinamik siferblatda təqvim və digər proqramlar haqqında mühüm informasiyalar görüntülənir. Əməliyyat sistemində aylıq müsabiqələri olan Activity tətbiqetməsi yenilənib, Workout proqramı isə üzərkən aktivliyi izləyən təkmilləşdirilmiş sistemlə təmin olunub. watchOS 4-də Music tətbiqetməsi də yenilənməyə məruz qalıb. İndi o, AirPods ilə işləyə və Apple Music-dən tövsiyələr əldə edə bilir. watchOS 4 payız aylarından əlçatan olacaq.

Cavanşir Məmmədzadə