“Kamaz-Master” adlı komanda “İpək yolu” ralli-reydindən öncə yarış xarakterli yük maşınını sınaqdan keçirib. Ralli-reyd iyulun 7-də Qırmızı meydandan start götürəcək. Kirovskda test edilən 10 tonluq avtomobil 37 metr məsafəyə sıçrayış edib. Sükan arxasında isə Dakar-2017-nin qalibi Eduard Nikolayev əyləşib. 1000 at güclü 16,2 litrlik motorla təchiz olunmuş Kamaz tullanışdan qabaq saatda 140 kilometr sürət yığıb. Sıçrayış zamanı yük maşını yerdən iki metr aralanıb.
Cavanşir Məmmədzadə
- Baxış: 384