• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1493
— 08.06.2017 19:31

Qanunu pozanlar cərimələndilər

KepezTV Player

Sərnişin daşımada yol verilən qayda pozuntuları insanların həyatını təhlükədə qoyur. Qayda pozuntuları isə nə birdir, nə iki. Təhlükəsizlik tələblərinə cavab verməyən nəqliyyat vasitələrini idarə edən sürücülər ağır yol-nəqliyyat hadisələrinə səbəbiyyət verirlər. Bunu əsas tutan Şəki Dövlət Yol Polisi, Yol patrul xidməti alayının V tağımı və Dövlət Avtomobil Nəqliyyatı Xidməti Şəki Regional Şöbəsinin əməkdaşları reyd keçiriblər. Qanunu pozanlar aşkarlanıb və cərimələniblər.

Qanunsuz sərnişin daşımaların qarşısının alınması məqsədilə təşkil olunan reyd təxminən iki saat davam edib. Şəki və Qax rayonlarında qanunsuz sərnişindaşıma ilə məşğul olan 5 mikroavtobus sürücüsü saxlanılaraq xətdən kənarlaşdırılıb, barələrində inzibati qaydada protokol tərtib olunaraq 40 manat məbləğində cərimələniblər.

Sənədləri qaydasında olmayan sürücülər səbəbindən sərnişinlər üçün də problem yaranıb. Onlar Şəki avtovağzalından qanuni fəaliyyət göstərən avtobuslarla yola salınıblar.

Bu cür reydlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.
 

Zülfiyyə Telmanqızı