KepezTV Player
Şəmkir rayonunda da bıçaqlanma hadisəsi olub. Rayonun Posanlı kənd sakini, 44 yaşlı Nəzakət Cavadova bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası və kəllə-beyin travması xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Əməliyyat olunan qadının vəziyyəti ağırdır. Məlumata görə, Nəzakət Cavadova ruhi xəstə olan oğlu, 26 yaşlı Bəhruz Mirzəyev tərəfindən bıçaqlanıb. Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 561