• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1146
— 08.06.2017 13:01

Avtomobildən pirotexniki vasitə və siqaretlər aşkar edilib

KepezTV Player

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mitsubishi Airtrek" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin yük yerində sağ və sol örtüklərin altından gömrük nəzarətindən gizlədilən 31 qutu pirotexniki vasitə və 2000 ədəd siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı