• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 08.06.2017 13:16

Gənc mübahisə zamanı döyüldü

KepezTV Player

Paytaxtın Yasamal rayonunda insident yaşanıb. Hadisə Həsən bəy Zərdabi küçəsində baş verib. 29 yaşlı Məhərrəm Məhərrəmov yaşadığı binanın qarşısında döyülüb. Xəsarətlər alan gənc xəstəxanaya gətirilib. Tibbi yardımdan sonra yaralı palataya yerləşdirilib. O, ifadəsində bildirib ki, yaşadığı binanın qarşısında tanışı ilə mübahisəsi zamanı döyülüb. Faktla əlaqədar araşdırmalara başlanılıb.

Zülfiyyə Telmanqızı