• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1772
— 08.06.2017 12:33

Azərbaycan – Şimali İrlandiya oyununun mətbuat konfransını vaxtı məlum olub

Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.

Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O`Nil iyunun 9-da saat 18:15-də jurnalistlər önünə çıxacaq. Rəqibin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq, məşq isə 19:00-da başlayacaq.

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki saat 19:45-dən etibarən media nümayəndələrinin suallarını cavablandıracaq. Yığmanın açıq məşqi isə 20:15-də start götürəcək.

 

 

Orxan Cəfərzadə