Günün ən maraqlı görüşlərindən biri Fransada İtaliya və Uruqvay arasında oynanılıb. Qarşılaşmada hesab 7-ci dəqiqədə dəyişib. Cənubi amerikalılardan Ximenez avtoqolla yadda qalaraq komandasını yenik duruma salıb. Bu ilk yarıda vurulan yeganə qol olub. Oyunun sonunda apenninlilər daha iki dəfə rəqibi məyus ediblər. 83-ü dəqiqədə Eder hesab arasında fərqi ikiyə yüksəldib. Əlavə dəqiqələrdə isə De Rossi 11 metrlik cərimə zərbəsindən fərqlənərək İtaliyanın 3:0-lıq qələbəsində pay sahibi olub.
Digər bir diqqətçəkən oyunda İspaniya doğma meydanda Kolumbiyanı sınağa çəkib. Qarşılıqlı hücumlarla keçən görüşdə 22-ci dəqiqədə tablo işə düşüb. Sağ cinahdan qapı önünə göndərilən topu nəzarətsiz qalan David Silva tora salıb. Ancaq fasiləyədək qonaqlar hesabı bərabərləşdirə biliblər. 40-cı dəqiqədə Edvin Kardona müdafiədəki anlaşılmazlıq zamanı aşırma vuruşla rəqib qapısına yol tapıb. İkinci hissədə də eyni ssenari təkrarlanıb. Amma bu dəfə əvvəlcə 55-ci dəqiqədə Kolumbiya önə keçib. Küncdən havalandırılan yumşaq mərmini Radamel Falkao başıyla çərçivəyə ünvanlayıb. 87-ci dəqiqədə oyunda ikinci dəfə status-kvon bərpa olunub. Səhnəyə çıxan Alvaro Morata prineyliləri məğlubiyyətdən xilas edib. İspaniya 2 Kolumbiya 2
Yoxlama oyunları
7 iyun
Yaponiya – Suriya - 1:1
Qollar: Mardikian, 48, Konno, 58
Çin – Filippin - 8:1
Qollar: Hanq Ren, 3; Xiao Zi, 25; Yu Hançao, 43; Vanq Yanqpo, 54; Yin Honqbo, 57; Zanq Xize, 68; Den Hanven, 71, 90 - Bahadoran, 33
Honq-Konq - İordaniya - 0:0
Finlandiya – Lixtenşteyn - 1:1
Qol:Hetemaj, 18 (1:0), Hasler, 62 (1:1)
Gürcüstan - Sent-Kitts və Nevis - 3:0
Qollar: Arabidze, 55, 55-pen. Delaşşvili, 81
İraq – Cənubi Koreya - 0:0
İtaliya – Uruqvay - 3:0
Qollar: Ximenez, 7 –avtoqol, Eder, 83, De Rossi, 90+1-pen.
İspaniya – Kolumbiya - 1:1
Qollar: David Silva, 22 - Kardona, 39
Orxan Cəfərzadə
- Baxış: 331