• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1627
— 08.06.2017 10:59

Avropa kuboklarında 2018-2019 mövsümünün final oyunlarına namizəd şəhərlərin yekun siyahısını açıqlayıb

Qitə futbol qurumuna kişi və qadınlar arasında Çempionlar Liqası, eləcə də Avropa Liqası və UEFA Super Kubokunun həlledici qarşılaşması üçün 10 milli assosiasiyadan 14 ərizə ünvanlanıb. Kişilər arasında Çempionlar Liqasının final görüşünə 2 namizəd arena - Bakı Olimpiya Stadionu və İspaniyanın paytaxtı Madriddəki "Estadio Metropolitano" olduğu kimi qalıb. Əvəzində Avropa Liqasının final qarşılaşmasını təşkil etmək istəyən şəhərlərin sayı azalıb. Bu turnirin həlledici görüşünə də namizəd olan Bakı Olimpiya Stadionu İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" və Türkiyənin İstanbul şəhərində "Beşiktaş"a məxsus "Wodafone Arena" ilə rəqabət aparmalı olacaq. UEFA İcraiyyə Komitəsi qaliblərin adlarını sentyabrın 21-də açıqlayacaq.

 

Orxan Cəfərzadə