Yeni nəsil BMW M5 modelini Need For Speed: Payback video oyununun treylerində göstəriblər. Maşının görüntüsünü oyunun reklam örtüyündə də sezmək mümkündür. Yeniliyin rəsmi premyerası sentyabrda keçiriləcək Frankfurt sərgisində baş tutmalıdır. Əsas rəqib isə Mercedes AMG E63-dür. Avtomobili 7-Series sedanının platformasında hazırlayacaqlar. Bunun sayəsində maşın, M5-in cari modelindən 100 kiloqram yüngül olacaq. Qeyri-rəsmi məlumatlara görə, yeni BMW 4,4 litrlik benzin V8 motorla hərəkətə gələcək. Güc isə 625-ə bərabər olacaq. Aqreqat 8 pilləli M Steptronic sürət qutusu ilə birləşəcək. Sedanın yerindən 100 km/saat sürəti 3,5 saniyədən də tez yığacağı gözlənilir - əvvəkindən 0,8 saniyə tez. Model həmçinin tarixində ilk dəfə tam ötürücü M xDrive əldə edəcək.
Cavanşir Məmmədzadə
- Baxış: 296