Apple şirkəti səsli köməkçi Sirini dəstəkləyən “ağıllı” HomePad səsgücləndiricini təqdim edib. Aparat Amazon Echo və Google Home cihazlarının analoqu sayılır. HomePod evdə dinlənilən musiqini “ağıllı” şəkildə tənzimləmək qabiliyyətindədir. iPod da əvvəllər yolda və küçədə bu kimi funksiyaya sahib olub. Buna görə HomePod özündə 7 dinamikli keyfiyyətli səsgücləndirici, 4 düymlük sabvufer və A8 prosessorunu birləşdirir. Qurğunun hətta otağın parametrlərinə uyğun səsi tənzimləyən texnologiyası var. HomePod-un musiqi mənbəyi rolunu Apple Music proqramı oynayır. Siri səs köməkçisini işə salmaq üçün səsgücləndirici 6 mikrofondan istifadə edir ki, onlar da güclü musiqi sədaları altında və ya uzaq məsafəndən belə, istifadəçinin əmrini eşidə və müəyyən edə bilir. HomePod qara və ağ rənglərdə əl çatan olacaq. Cihaz dekabrda ABŞ, Avstraliya və Böyük Britaniyada satılmağa başlayacaq. Növbəti ildən onu bütün dünyada satışa çıxaracaqlar. Aparatın qiyməti 349 dollardır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Amazon Echo 180, Google Home isə 129 dollara satılır.
Cavanşir Məmmədzadə
- Baxış: 306