• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2373
— 08.06.2017 10:03

Yeni Apple iMac Pro təqdim olundu

Beynəlxalq konfrans çərçivəsində Apple yeni Mac Pro-nu nümayiş etdirib. O, digər Maclar arasında ən güclüsü sayılır. Peşəkar səviyyədə personal kompüter olan cihaz nəinki dizaynelərin, hətta digər mütəxəssislərin  ən mürəkkəb tapşırıqlarını yerinə yetirmək gücündədir. iMac Pro bir milyard rəngli 27 düymlük Retina 5K ekran, eləcə də seçimə görə 8, 10 ya da 12 nüvəli Intel Xeon prosessor qazanıb. “Mak”ın içərisində 16-dan 128 Qb-dək həmli AMD Radeon Pro Vega qrafika sistemi və 4 Qb-dək SSD də qərarlaşıb. Mac tarixində ilk dəfə məhz iMac Proda 10 Qbit/saniyə Ethernet portuna rast gəlinir. Bu gösətirici ilə məlumatları 10 dəfə daha tez göndərmək imkanı yaranır. Nəhayət, aparat 4 ədəd Thunderbolt 3 portu və yeni sərinləndirici sistemə sahib olub. iMac Pro-nun baza versiyasına gəldikdə o, 8 nüvəli prosessordan, 23 Qb operativ və 1 terabaytadək fiziki yaddaşdan ibarətdir, qiyməti isə 4999 dollardır.

 

Cavanşir Məmmədzadə