Hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. İyunun 4-də yaşadığı evin pilləkanından yıxılaraq kəllə beyin travması alan 65 yaşlı Cumaxoca Cabbarov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Bir neçə gün müalicə olunan 65 yaşlı kişi bu gün dünyasını dəyişib. Cumaxoca Cabbarov milliyətcə türkməndir. O 20 il əvvəl Göygöl rayon Üçtəpə kəndində ailə quraraq orada yaşayır. Faktla bağlı araşdırma aparılır.
Elnur Vahidoğlu
- Baxış: 429